2025-ci il 30-31 oktyabr tarixində Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə Akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinə həsr olunmuş “Akademik irs 130: Cərrahiyyədə elmi və peşəkar yanaşmalar” adlı elmi-praktiki konfransa keçirilmişdir.
Konfrans çərçivəsində müxtəlif elmi istiqamətləri əhatə edən sessiyalar, məruzələr və müzakirələr təşkil olunmuşdur. Tədbirdə təxminən 400-ə yaxın həkim iştirak etmişdir.

2024-cü il 16-21 dekabr tarixində Nevroloqların Milli Assosiasiyası, Azərbaycan Uşaq Nevroloqları Cəmiyyəti və Türkdilli Dövlətlərin Nevrologiya Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda Nevrologiya həftəsi-2024 tədbiri keçirilmişdir. Nevrologiya həftəsi çərçivəsində Bakı aşağıdakı milli və beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.

2022-ci il 9-10 sentyabr tarixində Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti (AzRAC) ilə Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyinin (TARD) birgə təşkilatçılığı, Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə “Hilton” oteldə “Türkiyə-Azərbaycan Anesteziologiya və Reanimasiya, Ağrı workshop günləri” adlı konfrans keçirilib. Konfransın başlanğıcında şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.

Həkimlərin təşəbbüsü və Referans Pharmaceuticals MMC şirkətinin təşkilati dəstəyi ilə 07.11.2019 tarixində Bakıda Grandmaster Şahmat Klubunda “Xəstəliklərə birlikdə mat deyək!”  devizi ilə Həkimlərarası Şahmat Turniri keçirilmişdir. Turnirdə Azərbaycanın müxtəlif bölgələrindən ixtisasından asılı olmayaraq 40-a yaxın həkim iştirak etmişdir.

Dəyərli Həkimlərimiz!

Aktiv həkimlərin təşəbbüsü və Referans Pharmaceuticals MMC şirkətinin təşkilati dəstəyi ilə “Həkimlərarası Şahmat Turniri” nə qeydiyyatı açıq elan edirik!

Turnir İsveçrə sistemi ilə təşkil olunacaq və 7 turdan ibarət olacaq. 7 tur nəticəsində ən çox bal toplayan ilk 3 yerin sahibinə mükafatlar təqdim olunacaq.

Bakı şəhəri, Nərimanov Rayonu Mirəli Qaşqay 150 A
(+994 12) 541 55 79
info@referanspharma.com         
Copyright © 2026, refranscorp.com Dizayn: İNNOA MMC